"Barselona" yeni transferini açıqladı (FOTO)

"Barselona" "Qroninqen"in yarımmüdafiəçisi Ludovit Reysi transfer edib.

Slovak əsilli futbolu Barselonaya yollanaraq tibbi baxışdan keçib. Daha əvvəl "Barselona"nın Reysə görə 7,7 milyon avro ödəyəcəyinə dair xəbərlər yayılsa da, transfer katalon klubuna 3,25 milyona başa gəlib.

18 yaşlı oyunçu ilə "3+2" sxemi üzrə müqavilə imzalanıb. Onun sərbəst qalma məbləği 100 milyon avro təşkil edir.

2018-19 mövsümündə Hollandiya çempionatında 31 matçda meydana çıxan Reysin aktivində 1 qol, 1 məhsuldar ötürmə var.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR