"Barselona" yeni transferini təqdim etdi

"Barselona" yeni transferi Fransişku Trinkanı təqdim edib. 
 
Sport7.az xəbər verir ki, son olaraq Portuqaliya təmsilçisi "Braqa"da çıxış etmiş 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Tərəflər 2020-ci ilin əvvəlində razılığa gəliblər. "Barselona" "Yeni Ronaldu" adlandırılan forvard üçün 31 milyon avro ödəyib və onun təzminat məbləği 500 milyon avro olub. 

Trinkan ötən mövsüm "Braqa"da 40 oyun keçirib, 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR