“Barselona”da böhran

“Barselona”da böhran

İspaniya La Liqasında "Barselona"nın qol seriyası qırılıb. 

Sport7.az xəbər verir ki, katalonlar "Atletik"lə səfər oyunundan qolsuz heç-heçə ilə qayıdıb. "Barselona" sonuncu dəfə ötən ilin 11 fevralında qol vura bilməyib. Həmin görüşdə də "Xetafe" ilə oyun qolsuz başa çatmışdı. 

Heç-heçəyə baxmayaraq, Ernesto Valverdenin baş məşqçi olduğu kollektiv La Liqada liderdir. 23 oyundan 51 xala malik ən yaxın izləyicisi "Real”ı 6 xal geridə qoyur. 

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR