"Barselona"da braziliyalı futbolçulara ayrıseçkilik edirlər" - Əfsanəvi futbolçu

Əfsanəvi brazilyalı futbolçu Ronaldo sabiq klubu "Barselona" haqda maraqlı açıqlamalar verib.
 
Sport7.az xəbər verir ki, "Fenomen" bir zamanlar top qovduğu "Barsa"da braziliyalı futbolçulara ayrıseçkilik edildiyini bildirib. Katalon klubunun braziliyalı futbolçularla problemlər yaşadığını deyən futbolçu "Karyeramın ən yaxşı mövsümünü bəlkə də "Barselona"da keçirdim. Amma özümüm "Real"a daha bağlı hiss edirəm. "Barselona" hekayəm son dərəcə xoşagəlməz şəkildə bitdi. Eynilə hazrda Neymarda, geridə qalan dönəmdə isə Ronaldinyo və Romarioda olduğu kimi" sözlərini söyləyib. 
 
"Barselona"nın braziliyalı futbolçularla yolları ayırma qərarı aldığında doğru üsul seçmədiklərini bildirən Ronaldo "Bütün xidmətlərimizə rəğmən sonda klub tərəfindən hamımıza pis davranıldı" deyib.
 
Sport7.az

Xəbər lenti