"Barselona"da əvəzedicilər arasında oturmaqdansa "Valensiya"da oynamaq daha yaxşıdı" - Sillessen

"Valensiya"nın qapıçısı Yasper Sillessen "Marca"ya açıqlamasında "Barselona"dan ayrılmasının səbəbləri barədə danışıb:

"Oynamaq istəyirəm. "Valensiya" böyük tarixə malik klubdu. Burada əla komanda yığılıb. "Valensiya" mənim üçün əla variant idi. Bu səbəbdən də buradayam. Karyeram adına ən vacib faktor müntəzəm oyun praktikası əldə etməkdi. Burada belə bir imkanım var.

"Barselona"ya keçəndə ter Şteqen elə də yüksək səviyyəli qapıçı deyildi. Üç il ərzində isə o, dünyanın ən yaxşı qolkiperlərindən birinə çevrildi. Məncə, illər ərzində hər ikimiz artırdıq, ancaq mənim ayrılmaq zamanım artıq çatmışdı.

Nə "Barselona" ilə, nə də digər komandalarla problemim olub. Mənim üçün önəmli olan meydana çıxmaqdı. Burada olmağımın yeganə səbəbi budu. "Valensiya"ya transferim mənim üçün geriyə doğru atılmış addım deyil. "Barselona"da əvəzedicilər arasında oturmaqdansa "Valensiya"da oynamaq daha yaxşıdı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR