"Barselona"da Valverde dönəmi bitdi

"Barselona" baş məşqçi Ernesto Valverde ilə yollarını ayırıb.

Valverdenin prezident Jozep Bartomeu və klub direktorları ilə görüşü zamanı istefa qərarı qəbul edilib və 55 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Son olaraq "Barselona" İspaniya Superkubokunun yarımfinalında "Atletiko"ya 2:3 hesabı ilə məğlub olmuşdu. Katalon klubu hazırda La Liqada liderdi. Lakin "Barsa" ikinci pillədəki "Real"ı sadəcə əlavə göstəricilərə görə qabaqlayır. Hər iki komandanın xalı 40-a bərabərdi. Çempionlar Liqasında isə "Barselona" 1/8 finala yüksəlib.

Qeyd edək ki, Valverde 2017-ci ildən bəri "blauqrana"nı çalışdırırdı. "Barselona" onun rəhbərliyi altında 2 dəfə La Liqanın, 1 dəfə İspaniya Kubokunun, 1 dəfə isə İspaniya Superkubokunun qalibi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR