"Barselona"da yeni baş məşqçi

"Barselona"nın basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az klubun saytına istinadən xəbər verir ki, "Barselona"nı Şarunas Yasikyaviçyus çalışdıracaq. 44 yaşlı mütəxəssisin müqaviləsi 3 il müddətinə nəzərdə tutulub.

"Katalonlar" İspaniya ACB Liqasının finalında "Baskoniya"ya məğlubiyyətdən sonra Svetislav Peşiçlə yolları ayırmışdı.

Yasikyaviçyusun adı daha öncə "Fənərbağça" ilə birlikdə hallanırdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR