"Barselona"dan daha bir futbolçu göndərilir

"Barselona" daha bir futbolçusu ilə yolları ayırır. 
 
Sport7.az xəbər verir ki, Rafinya, Arda Turan, Cerard Delofeudan sonra Xavyer Maskerano da baş məşqçinin gələcək planlarına daxil deyil. Son məlumatlara görə 160 milyon avroya Filip Koutinyonu transfer edən katalonlar Çin klubu "Fortuna"dan Maskerano üçün gələn 5,77 milyon avroluq təklifi qəbul edib. 
 
Maskerano Çində ilinə 7 milyon avro qazanacaq. Katalon təmsilçisi eyni zamanda "Palmeyras"ın kolumbiyalı 23 yaşlı stopperi Yerri Minanın da transferini bitirmək üzrədi.
 
Sport7.az

Xəbər lenti