“Barselona”dan MÜDHİŞ PLAN – Neymar geri dönür

“Barselona”dan MÜDHİŞ PLAN – Neymar geri dönür

Futbolçuların maaşını azaldan və bununla da ciddi narazılıq yaradan "Barselona” yeni bir planlar onların könlünü almağı planlaşdırır.

Sport7.az xəbər verir ki, bu plan Neymarın PSJ-dən "Barselona”ya qayıtması üçün hazırlanıb. Bununla da rəhbərliklə arası soyuyan Messi və digər futbolçuların qəzəbi soyudulacaq.

Plana görə PSJ-nin transfer üçün istədiyi 150 milyon avro Paris klubuna ödənəcək və yayda Neymar İspaniyaya geri dönəcək. Xərcin 100 milyon avrosu Qrizmannın satışından təmin ediləcək.

Fransalı futbolçu özü "Barsa”da qalmaq istəsə də, klub rəhbərliyi ona saxlamaq fikrində deyil. Neymar 222 milyon avro qarşılığına "Barselona”dan PSJ-yə transfer olunmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR