"Barselona"nın borcu 1 milyard avronu ötüb

"Barselona” futbol klubunun ümumi borcu 1,173 milyard avroya çatıb.

Sport7.az xəbər verir ki, bu haqda "El Mundo Deportivo” nəşri yazıb. Kataloniyalıların 2020-ci il üçün kluba olan borcları çıxmaqla xalis itkisi 488 milyon avrodur. Transferlərə görə, "Barselona”nın digər klublara cəmi 322 milyon avrodan çox borcu var.

Əməkhaqları klubun xərcləri arasında ən böyük yeri tutur. Belə ki, klubun büdcəsinin 74 faizi məhz əməkhaqlarının ödənməsinə sərf olunur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR