"Barselona"nın düşərgəsinə gəlməkdən imtina etdi

"Barselona” ilə futbolçusu Artur Ramos arasında narazılıq yaranıb.

Sport7.az xəbər verir ki, vətəni Braziliyaya yollanan yarımmüdafiəçi Kataloniya təmsilçisinə qayıtmaqdan imtina edib. 

Artur artıq "Yuventus”a keçdiyini və yeni klubunda oynayacağını əsas gətirir. Katalon klubu isə futbolçunun Çempionlar Liqasının davam etdiriləcək hissəsində düşərgəsində olmasını tələb edir. İspaniyalılar bu səbəbdən Arturu cəzalandırmağı da planlaşdırır.
 
23 yaşlı Artur "Barselona”dan "Yuventus”a 72 milyon avroya keçib. Kataloniya təmsilçisi avqustun 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Napoli” ilə üz-üzə gələcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR