"Barselona"nın futbolçusu Fransaya qayıda bilər

"Barselona”nın müdafiəçisi Samuel Umtiti yenidən "Lion”da çıxış edə bilər.
 
Sport7.az xəbər verir ki, bunu 27 yaşlı futbolçu özü deyib. Fransa millisinin üzvü yetirməsi olduğu klubdan şifahi təklif aldığını təsdiqləyib: "Lion” rəhbərliyi bizimlə əlaqə qurub, amma konkret bir şey yoxdur. "Barselona” çox böyük məbləğ istəyir. Mən qurban hesab olunmaq istəmirəm”.
 
Umtiti "Barselona”ya 2016-cı ildə məhz "Lion”dan keçib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR