"Barselona"nın kapitanı komandadan getdi

Ante Tomiç "Barselona"dan ayrılıb.

Sport7.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Tomiç 2012-ci ildə katalon klubuna qoşulmuşdu. 8 il "Barsa"da çıxış edən Tomiç 1 dəfə (2013-14) ACB Liqasının, 1 dəfə (2015) Superkubokun, 3 dəfə (2013, 2018, 2019) isə İspaniya Kubokunun qalibi olub. 33 yaşlı basketbolçu son iki ildə komandanın kapitanlıq sarğısını daşıyırdı.

Qeyd edək ki, Tomiç "Barselona" forması ilə toplam 579 matçda oynayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR