"Barselona"nın qapıçısı "Benfika"ya keçir

"Barselona"nın qolkiperi Yasper Sillessen karyerasını Portuqaliya çempionatında davam etdirə bilər.

"Barselona"da oyun praktikasının azlığından narahat olan Sillessenə rəhbərlik tərəfindən klub axtarışlarına başlamasına dair icazə verilib. "A Bola"nın məlumatına görə, "Benfika" qapıçının transferini artıq həll etmək üzrədi. 

Sillessen 2016-cı ildə "Barselona"ya keçib. Cari mövsümdə hollandiyalı La Liqada sadəcə bir matçda meydana çıxıb və qapısında iki qol görüb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR