"Barselona"nın ulduzu "Vulverhempton"da

"Barselona"nın futbolçusu Nelson Semedunun İngiltərənin "Vulverhempton" klubuna keçidi rəsmiləşib. 

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. 26 yaşlı müdafiəçi ilə 3+2 illik müqavilə imzalanıb. Kataloniya klubu qarşı tərəfin portuqaliyalı futbolçu üçün 30 milyon avro ödədiyini açıqlayıb. 

Semedu "Barselona"da 2017-ci ildən oynayıb. Kataloniya klubu onu "Benfika"dan 37.5 milyon avroya transfer etmişdi.

Millimizin üzvü Renat Dadaşov da "Vulverhempton" məxsusdu. Futbolçumuz mövsümün sonunadək İsveçrənin "Qrasşopper" klubuna icarəyə verilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR