Joan Laporta "Barselona" klubunun prezidenti seçkilərində qələbə qazanıb.
Sport7.az xəbər verir ki, "Barselona”nın prezident postuna seçkilərdə bülletenlərin 80%-nin hesablanmasından sonra Joan Laportanın seçicilərin 57,91% səs yığdığı məlum olub. Bu da o anlama gəlir ki, Laporta riyazi hesablamalara görə artıq qələbəni əldən verməyəcək.
Seçkilərdə Laportanın rəqibləri Viktor Font (30,97% səs) və Toni Freyşa (9,92% səs) olublar.
"Barselona" artıq özünün tvitterdəki səhifəsində digər namizədlərin Laportanı təbrik eməsi barədə məlumat paylaşıb.
Sport7.az