"Barselona"nın yetirməsi "Laypsiq"də - Rəsmi

Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Dani Olmo "Laypsiq"ə keçib.

Olmonun "Laypsiq"lə olan müqaviləsi 2024-cü ilə kimi nəzərdə tutulub. Alman klubu 21 yaşlı futbolçuya görə 30 milyon avro ödəyəcək. Bonuslarla birlikdə məbləğ 45 milyon avroya yüksələ bilər.

"Laypsiq" Olmo uğrunda mübarizədə "Milan", "Vulverhempton" və "Barselona"nı qabaqlayıb.

Qeyd edək ki, ispan oyunçu "Barselona"nın yetirməsidi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR