Barti və Kvitova yarımfinalda, Muqurusa mübarizəni dayandırdı

Barti və Kvitova yarımfinalda, Muqurusa mübarizəni dayandırdı

Qətərin paytaxtı Dohada keçirilən "Qatar Total Open" turnirində 1/4 final mərhələsinə yekun vurulub.

Petra Kvitova Ons Jaberə set verməyib. Eşli Barti Qarbinye Muqurusaya üç set sonunda qalib gəlib. Svetlana Kuznetsova Belinda Bençiçi məğlub edib. Yarımfinala yüksələnlər sırasında Arina Sobolenko da var. Belarus idmançısı Saysay Çjendən üstün olub.

Qatar Total Open (Premier 5)

Doha, Qətər

Qadınlar

1/4 final

Arina Sobolenko (Belarus) - Saysay Çjen (Çin) - 2:1 (3:6, 7:6, 6:3)

Svetlana Kuznetsova (Rusiya) - Belinda Bençiç (İsveçrə) - 2:0 (6:4, 6:4)

Petra Kvitova (Çexiya) - Ons Jaber (Tunis) - 2:0 (7:6, 7:6)

Eşli Barti (Avstraliya) - Qarbinye Muqurusa (İspaniya) - 2:1 (6:1, 6:7, 6:2)

Yarımfinalda Kuznetsova Sobolenko, Barti isə Kvitova ilə qarşılaşacaq.
 
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR