Barti və Stivens üçün

Barti və Stivens üçün "Rogers Cup" bitdi

Kanadanın Toronto şəhərində keçirilən, "Premier 5" seriyalı "Rogers Cup" turnirində ikinci mərhələyə start verilib.

Dünya bir nömrəsi Əşli Barti mübarizəni dayandırıb. Avstraliyalı tennisçi Sofiya Keninlə bacarmayıb. Sloun Stivens də ikinci mərhələdə turnirlə vidalaşıb. Mari Buzkova amerikalı raketka ustasına set verməyib.

Kiki Bertens isə yoluna davam edir. O, Françesko Di Lorentsonu məğlub edib.


Rogers Cup (Premier 5)

Toronto, Kanada

İkinci mərhələ

Sofiya Kenin (ABŞ) - Əşli Barti (Avstraliya) - 2:1 (6:7, 6:3, 6:4)

Kiki Bertens (Hollandiya) - Françesko Di Lorentso (ABŞ) - 2:0 (6:2, 6:1)

Mari Buzkova (Çexiya) - Sloun Stivens (ABŞ) - 2:0 (6:2, 7:5) 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR