Bartomeu Messi, Pike, Buskets və Robertoya izahat verib

Bartomeu Messi, Pike, Buskets və Robertoya izahat verib

"Barselona" prezidenti Jozep Bartomeu komandanın kapitanları - Lionel Messi, Serxio Buskets, Jerar Pike və Serci Roberto ilə görüşüb. Görüşdə baş məşqçi Kike Setyen də iştirak edib.

"El Mundo Deportivo"nun məlumatına görə, Bartomeu sosial şəbəkələrdə futbolçuların tənqid olunması və rəhbərliyin təriflənməsi üçün "I3 Ventures" şirkəti ilə əməkdaşlıq etdiklərinə dair çıxan xəbərlərlə bağlı oyunçulara izahat verib.

Prezident sözügedən işbirliyinin tamamilə fərqli məqsəd daşıdığını futbolçuların nəzərinə çatdırıb və məsələ ilə bağlı istənilən suala cavab verməyə hazır olduğunu bildirib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR