Baş katib AHK Azərbaycanın nümayəndə heyəti ilə görüşdü

Baş katib AHK Azərbaycanın nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) Baş katibi Kamal Məmmədov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) nümayəndə heyəti ilə ilə görüşüb.
 
Sport7.az xəbər verir ki, görüşdə MPK-nin baş katibi qonaqlara 2020-ci ilin Paralimpiya Oyunları ilinin olduğunu bildirib, oyunlara hazırlıq və eyni zamanda növbəti dəfə Bakıda keçiriləcək "IBSA JUDO GRAND PRIX BAKU 2020” haqqında məlumat vermişdir.

Kamal Məmmədov Azərbaycanda əlilliyi olan uşaqların idmana cəlb edilməsi üçün 2013-cü ildə ölkədə Uşaq Paralimpiya Hərəkatının yaradıldığını qeyd edib və bildirib ki, hər il bu hərəkatdan çıxan paralimpiyaçılar müxtəlif beynəlxalq yarışlarda uğurla ölkəmizi təmsil edirlər.
 
2019-cu ilin noyabr ayında keçirilən "Yenilməzlər” beynəlxalq qala təqdimatı haqqında məlumat verilmiş və regionlarda bu layihənin davam etdirilməsi planlaşdırıldığı qeyd edilmişdir.
 
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktorunun müavini Nigar Bayramlı Paralimpiya Komitəsi ilə əlaqələrin qurulmağını vacib hesab edərək müxtəlif sahələrdə sosial proqramlar çərçivəsində birgə iş qurulmasını dəstəklədiyini bildirmişdir.
 
Müzakirələrin yekunu olaraq paralimpiya hərəkatının inkişafına dəstək ola biləcək birgə layihələrin və təqdimatların hazırlanması, korporativ sosial məsuliyyət mövzusunda tədbirlərin keçirilməsi və bu istiqamətdə nüfuzlu şirkətlərlə əlaqələrin qurulması sahəsində birgə fəaliyyət barədə razılığa gəlinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR