Baş katib Avropa Oyunlarında iştirak edəcək komandamızla görüşdü - VİDEO+FOTOLAR

Baş katib Avropa Oyunlarında iştirak edəcək komandamızla görüşdü - VİDEO+FOTOLAR
Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov çimərik futbolu üzrə milli komandamızla görüşüb.

Sport7.az xəbər verir ki, baş katib Bakı-2015 I Avropa Oyunlarında iştirak edəcək millimizə AFFA-nın prezidenti Rövnəq Abdulayevin adından uğurlar arzulayıb və qeyd olunub ki, belə bir möhtəşəm idman tədbirində çıxış etmək qürurvericidir.

Milli komandamızın baş məşqçisi Joze Miqel Mateuş və kapitan Emin Kürdov çıxış edərək mötəbər yarışda mübarizə aparmağın böyük şans olduğunu bildiriblər və yaxşı nəticə qazanmaq üçün səylərini əsirgəməyəcəklərini qeyd ediblər. 
Qeyd edək ki, Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və baş katib Fərid Axundov da bu görüşdə iştirak edib.

Xatırladaq ki, millimiz Bakı-2015 I Avropa Oyunlarında A qrupunda Portuqaliya, İsveçrə və Ukrayna komandaları ilə mübarizə aparacaq.

Sport7.az

Xəbər lenti