Baş katibdən Platini haqda önəmli açıqlama

Baş katibdən Platini haqda önəmli açıqlama

Ötən gün UEFA-nın iclası baş tutub. Sport7.az xəbər verir ki, iclasdan sonra qitənin ail futbol qurumunun baş katibi Cianni Infantino maraqlı açıqlamalar verib.

O, rüşvət qalmaqalına görə tutduğu vəzifədən 90 günlük uzaqlaşdırılan UEFA-nın prezidenti Mişel Platini haqda danışıb. Baş katib iclasdakı müzakirələrdən sonra Platiniyə dəstək veriləcəyini qeyd edib. Bundan başqa o, fransız futbol adamının FİFA-nın prezidentliyinə namizəd olacağını bildirib.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçirilən iclasa 54 ölkənin futbol federasiyalarının rəhbərləri qatılıb. Vəzifəsindən uzaqlaşdırılan Platini isə iclasda iştirak etməyib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR