"Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirdik" - Füzuli Məmmədov

"Sabah"la oyundan sonra "Neftçi"nin məşqçisi Füzuli Məmmədov fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, ötən tur cəzalanan və bu üzdən matçı buraxan Bordinin əvəzinə komandanı meydana çıxaran mütəxəssis bunları söyləyib: "Bizim üçün çətin oldu. Baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetirdik. Roberto Bordin bizimlə bərabər idi. Çalışdıq ki, onun verdiyi tapşırıqları maksimum yerinə yetirək. Futbolçularımıza təşəkkür edirəm. Onlar vacib oyunda sonadak mübarizə apardılar, qələbə qazandıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR