Fransa millisinin sabiq qapıçısı Stefan Ruffye karyerasını başa vurub.
Sport7.az xəbər verir ki, qolkiper 34 yaşında futboldan gedib. "Sent-Etyen” müqaviləyə xitam verdiyindən, Ruffye bu qərara gəlib. Onun ayrılmasına səbəb baş məşqçi Klod Puellə yola getməməsi olub. "Monako”nun yetirməsinin bundan sonra Fransanın V divizion klubu "Aviron Bayonn”da gənc futbolçu yetişdirəcəyi gözlənilir.
Ruffye 2010-2015-ci illərdə dəvət aldığı Fransa yığmasının heyətində 3 matçda iştirak edib.
Sport7.az