Başı kəsilməkdən qorxan Mxitaryan və bizim yaltaqlar

Başı kəsilməkdən qorxan Mxitaryan və bizim yaltaqlar

Yəqin ki, heç kimin şübhəsi olmaz, İngiltərə Premyer Liqası dünyada ən güclü çempionatlardan biri, hətta birincisi hesab olunur. Təbii ki, orada çıxış edən komandaların da gücü dünyaya bəllidi. "Mançester Siti", "Liverpul", "Mançester Yunayted", Tottenhem", mayın 29-da Bakıda keçiriləcək Avroliqanın final matçında üz-üzə gələcək "Arsenal", "Çelsi" və digərləri... Həqiqətən də digər çempionatlara baxsaq bu komandaların qarşılaşmasında favoriti müəyyənləşdirmək heç də asan deyil. Sözügedən komandaların əksəriyyətinin Azərbaycanda da kifayət qədər azarkeşi var...

Hazırda isə məlum səbəblərdən ölkə gündəmində iki ingilis klubu var, "Arsenal" və "Çelsi". Yox, bir qədər də konkretləşdirək - "Arsenal". Yarandığı tarixə, göstərdiyi nəticələrə baxsaq, əlbəttə dünya futbolunda sözünü demiş, yer planetində müəyyən qədər rəğbət qazanmış klubdu. Azərbaycanda da  kifayət qədər azarkeşləri var. Baxımlı futbol oynayır, Avropanın da favoritlərindən sayılır. Belə komandaların oyunlarını, ələxsus da stadiondan canlı şəkildə izləməyi hamı, hər zaman istəyər. Amma... Di gəl ki...

Azərbaycana gəlməmişdən əvvəl etdiyi vay-şüvənlik, açıqlamalar, UEFA-ya "ağıl öyrətmək" kimi çalışmalar, futbolu siyasi müstəviyə daşıması qazandığı nüfuzun bir hissəsini itirdi desək yanılmarıq. Ən azı Azərbaycanda. Hətta, bəlkə UEFA-nın da gözündən müəyyən qədər "düşdülər". Əvvəlcə bilet almağın, Azərbaycana gediş-gəlişin çətinliyini, biletlərin bahalığını qabartdılar. Düzdü bu mövzuda hardasa onlara haqq vermək olar. Həqiqətən də çətinliklər mövcuddu. Avrozonaya daxil deyilik, müəyyən ölkələrə gediş-gəliş, viza problemləri var. 100 cür sənəd istəyirlər. Nəinki xarici, hətta yerli vətəndaşlar da bu çətinliklərdən bezara gəlib. Hə, bahalıq məsələsi ilə də razılaşmaq mümkündü. Çünki bizimkilər görməmişdilər. Bu görməmişliklərini də utanmadan aşkar şəkildə bildirirlər. Belə fürsətlər yarananda, əllərində səlahiyyət olan azərbaycanlılar mütləq şəkildə ondan istifadə etməsələr ürəkləri partlayar, ölərlər, canları çıxar. İngilislər bu yazını oxusaydı, səbələrini bir qədər də detallı şəkildə yazardım. Amma özümüzünkülər oxuyacaq deyə çox da dərinə getmirəm. Çünki özümüzə bələdik. Ümumiyyətlə bizimkilər ancaq yaltaqlanmağı bilir. Lazım gəlsə mənfəətləri üçün ölkəni alçaltmağa çalışan erməni nümunəsi Mxitaryana (misal üçün deyirəm) da yaltaqlanarlar. Səbəbini aşağıda deyəcəm niyə. Bu da öz yerində...

"Arsenal"ın bu kaprizlərinə dözməyə məcbur olsaq da, klubun səviyyəsiz addım atıb Mxitaryanı da məsələyə qoşması artıq ayıb sayılır. O boyda klubun adına yaraşmayan addımdı. Dövlət səviyyəsində təhlükəsizlik təminatı verilməsinə baxmayaraq "Arsenal"ın dığanı gətirməməsi, üstəlik, bunun düşmənçiliklə əlaqələndirilməsi, yəni siyasiləşdirilməsi, damarında əsl azərbaycanlı qanı axan və baş verənlərin mahiyyətini dərk edən insanları qəzəbləndirdi. Guya dünyaya bizim vəhşi olduğumuzu sübut etmək istəyirlər. Başda da "Arsenal" kimi erməniyə işləyən klublar, yaxud o dığalara daha yaxın olan ölkələr. Əslində ingilislər kimi elit bir ölkənin nümayəndələrinin belə həssas məsələyə haqsız yöndən yanaşması təəssüf doğurur. Amma nə edək, biz kiçiyik, onlar böyük. Bizim faktlarla dolu sözlərimizə baxan yoxdu, onların barmaq işarəsinə milyonlar diqqət yönəldir. Şübhəsiz, bütün bunlar Azərbaycanda daha çox nifrət yaradır. Yenə də amma... Di gəl ki...

Burda başqalarını, ölkə xaricindəki diasporaları nə qədər qınayırıqsa, özümüzdə də o qədər günah var. Avroliqanın finalına təşkilatçılıqla bağlı şəkillər arasında biri daha diqqət çəkən oldu. Yəqin bilirsiz, "Arsenal" artıq Bakıdadı. Gəlib otelə yerləşiblər. Lakin təşkilatçılar onları elə qarşılayıblar, sanki 40 illik əzizləri yaxınları gəlib. "Qarşılama mərasimindən" çəkilən, yuxarıda gördüyünüz fotoda, əllərində nağara tutan gənclər "Arsenal"ı musiqi ilə müşayiət edir. Təyyarədən enən futbolçuların ayaqlarının altına xalça salmaq qalıb ki, utanmasalar, onu da edərdilər. Hətta, əllərində imkan olsa ölkəmizi dünyada alçaltmağa çalışan bu erməniyə yaxın klubun üzvlərinin ayaqlarının altına toz qondurmamaq üçün, təyyarədən qaldıqları otelə qədər xalça sərərdilər. Xalça da olmasa, öz pencəklərini, şalvarlarını. Təki, süni də olsa kimlərəsə yaxşı görünək. Daha aydın anlaşılması üçün deyim ki, nağaraçalanlarda heç bir günah yoxdu. Günah onlara həmin aləti çaldıranlardadı. Onları, türkün məsəli, zorlayıb, məcbur ediblər. Ancaq bu, vaxtilə ermənilərin azərbaycanlılara etdikləri kimi deyil, xeyli fərqlənir. Bizimki daha şən, istəkli, musiqili və asan alınıb. Daha ciddi yanaşsaq, bu istənilən halda qəbulolunmazdı. Hə, musiqi təşkil edirsən, əyləncəli final istəyirsənsə lap yaxşı. Amma bu şəkildə deyil. Vallah, pis çıxır, gülməli görünürsüz. Özünüzü niyə belə aciz göstərirsiz ki? "Arsenal" deyil, başqası olsun, indiyəcən hansı finalda təyyarədən enən komandanı belə qarşılayıblar? Guya qonaqpərvərlikdi. Yuxarıda "yaltağıq" sözünü də buna görə demişdim. Bəli, dolayısı ilə erməniyə xidmət göstərən birilərinə "təşkilatçılıq", "proqram" adı altında yaltaqlanmaq, elə mənfur düşmənlərimizə yaltaqlanmaqdan fərqlənmir. Belələrinə isə Azərbaycanda nələr deyildiyini, necə adlandırıldıqlarını hər kəs bilir.

P.S. Yeri gəlmişkən, elə burdan Mxitaryana səslənmək istərdim ki, başı kəsilmək üçün qovalanan toyuq kimi qorxmayıb, gərək Bakıya gələrdin. Onsuz da indiyəcən torpaqlarımıza ayaq basan ermənilərə neyləmişik ki, sənə qarşı da hansısa hərəkət edək?

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR