Basketbolçularımız Avropa çempionatının seçmə mərhələsində

Basketbolçularımız Avropa çempionatının seçmə mərhələsində
İyunun 30-da Rumıniyada 3x3 basketbol üzrə Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.

Sport7.az xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Anar Hacıyev və Marşall Mozesdən təşkil olan milli komandamız İspaniya və İtaliya basketbolçuları ilə birgə "B” qrupunda yarışacaq.

"A” qrupunda Serbiya, Gürcüstan, Litva, "C” Rumıniya, Bosniya və Herseqovina, İsveç, "D” qrupunda isə Almaniya, Xorvatiya və İrlandiya yığmaları mübarizə aparacaqlar.

Qalib komanda Avropa çempionatının finalına vəsiqə qazanacaq. Rumıniya yarımfınala yüksələrsə, seçmə mərhələdə beşinci olacaq komanda qitə birinciliyinə vəsiqəni təmin edəcək. Çünki Avropa birinciliyinin ev sahibi kimi Rumıniya final mərhələsində öz yerini təmin edib.
 
Sport7.az

Xəbər lenti