Basketbolçuya 12 oyunluq cəza verdilər

Basketbolçuya 12 oyunluq cəza verdilər

Milli Basketbol Assosiasiyası (NBA) "Minnesota"da çıxış edən Malik Bizlini 12 oyunluq cəzalandırıb.

Sport7.az xəbər verir ki, bu haqda yarışın rəsmi saytı yazıb. Buna səbəb 25 yaşlı oyunçunun törətdiyi əməli etiraf etməsidir. Basketbolçunun diskvalifikasiyası fevralın 27-dən başlayacaq. Həmin dönəmdə onun maaşı da kəsiləcək.

Bizli bu ay 120 günlük həbs cəzasına məhkum edilib. O, 2020-ci ilin sentyabrında ev axtaran ailəli cütlüyə və onların qızlarını evinin yanında maşın saxladıqları üçün silahla hədələyib. Daha sonra polis basketbolçunun evində silah və marixuana aşkarlayıb.

O, 2020-ci ildən "Minnesota"da çıxış edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR