Başlayır: Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

Başlayır: Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkü atılacaq.

Sport7.az xəbər verir ki, püşkatma AFFA-nın inzibati binasında keçiriləcək. Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq.
 
Püşkatma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Püşkatmada yeni mövsümün ilk turunda üz-üzə gələcək komandalar bəlli olacaq.

Qeyd edək ki, 2020/2021 mövsümündə "Qarabağ", "Neftçi", "Keşlə", "Sumqayıt", "Zirə", "Sabah", "Səbail" və "Qəbələ" mübarizə aparacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR