"Başqa komandalarda işləsəm, bəlkə də, kubok qazana bilmərəm" - Quardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiolaya dünyanın ən yaxşı məşqçisi olub-olmadığı ilə bağlı sual ünvanlanıb.

Katalon mütəxəssis özünü heç vaxt "ən yaxşı" hesab etmədiyini bildirib:

"Dünyanın ən yaxşı məşqçisi" - bu ifadənin mənası nədi? Bilmirəm. Həyatda heç vaxt özümü "ən yaxşı" hesab etməmişəm. Hətta "Barselona"nın baş məşqçisi kimi ardıcıl 6 titul qazananda, trebl edəndə belə, eyni cür düşünürdüm.

Böyük klublarda işlədiyim və inanılmaz oyunçulara sahib olduğum üçün titul qazanmışam. Belə imkanlara sahib olmayan o qədər əla məşqçilər var ki...

"Mançester Siti" kimi olmayan, başqa bir komandanı mənə verin, onda, bəlkə də, kubok qazana bilməyəcəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR