BATE Bakıya gəlir - 20 futbolçu ilə

BATE Bakıya gəlir - 20 futbolçu ilə
"Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi BATE bu gün Bakıya gəlir.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Belarus təmsilçisi Bakıya 20 futbolçu ilə gəlir. Baş məşqçi Aleksey Baqanın siyahısında bu futbolçular yer alıb:


Qapıçılar: Aleksey Çernıx, Anton Çiçkan, Denis Şerbitski

Müdafiəçilər: Zaxar Volkov, Maksim Volodka, Nemanya Milunoviç, Aleksey Rios, Yeqor Filipenko, Aleksandar Filipoviç, Yevgeni Yablonski

Yarımmüdafiəçilər: Dmitri Baqa, Yevgeni Berezkin, Aleksandr Qleb, Stanislav Draqun, Mirko İvaniç, İqor Staseviç

Hücumçular: Vladislav Muxamedov, Nikolay Siqneviç, Maksim Skaviş, Yasse Tuominyen

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – BATE oyunu sabah 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Borisovda olacaq.
 
Sport7.az

Xəbər lenti