Batistuta: "Messi, Maradona deyil, heç olmayacaq da"

Batistuta:
Argentinanın əfsanəvi futbolçusu Qabriel Batistuta italyan mətbuatına Messi və Maradona ilə bağlı diqqətçəkən açıqlama verib.
 
Sport7.az xəbər verir ki, "Corriere dello Sport"a açıqlamasında Maradona ilə Mesini müqayisə edən əfsanə bunlarıə söyləyib:
 
"Diyeqo dünyanın ən yaxşı futbolçusu idi. Çünki o argentinalıları təkcə futbol deyil, bir çox cəhəti ilə təmsil edən futbolçu idi. Messi texniki baxımdan bəlkə də daha yaxşı futbolçu ola bilər, amma onda Maradonanın xarizması yoxdu. Maradona şeirdisə, Messi düz yazıdı. Məncə Messi, bir Maradona deyil və güman ki, heç olmayacaq da".
 
Sport7.az

Xəbər lenti