Batutçularımızdan Rusiyada uğurlu çıxış

Batutçularımızdan Rusiyada uğurlu çıxış

Ötən gün, Rusiyanın Krasnodar şəhərində batut gimnastikası üzrə Rusiya çempionatının final yarışları baş tutub.

Sport7.az xəbər verir ki, Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançının qatıldığı turnirdə Azərbaycan gimnastları da uğurla çıxış ediblər.
 
Belə ki, bu yarışlarda ölkəmizi təmsil edən böyük gimnastlarımız Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda ən yüksək nəticəni göstərərək, qızıl medal qazanıblar.

Yarışda çıxış edən xanım gimnastımız Selcan Mahsudova turniri 51.550 xalla 4-cü, digər təmsilçimiz Hüseyn Abbasov isə 8-ci yerdə başa vurublar.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR