"Bavariya" 29-cu çempionluğunu rəsmiləşdirdi (VİDEO)

Almaniya Bundesliqasında 2018-2019 mövsümünə yekun vurulub.

Sonuncu tur çempionunun müəyyənləşməsi baxımından da əlamətdar olub. "Ayntraxt"ı 5:1 hesabı ilə darmadağın edən "Bavariya" xallarının sayı 78-ə çatdıraraq ən yaxın izləyicisi Dortmund "Borussiya"sını 2 xal qabaqlayıb. Beləliklə, Münhen klubu ümumilikdə 29-cu, ardıcıl isə 7-ci Bundesliqa çempionluğunu rəsmiləşdirib.


Almaniya Bundesliqası

34-cü tur

"Bavariya" - "Ayntraxt" - 5:1

Qollar: Koman (4), Alaba (53), Sançes (58), Riberi (72), Robben (78) - Haller (50)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR