"Bavariya" bu gün Perişiçlə müqavilə imzalayacaq

"İnter"in vinqeri İvan Perişiçin "Bavariya"ya transferi rəsmiləşmək üzrədi.

"Bild"in xəbərinə görə, Münhenə yollanan Perişiç artıq tibbi müayinədən keçib. Xorvatiyalı futbolçunun bu gün "Bavariya" ilə müqavilə imzalayacağı gözlənilir.

Alman klubu 5 milyon avro qarşılığında Perişiçi birillik icarəyə götürəcək. "Bavariya" müddətin sonunda 20 milyon avro ödəyərək 30 yaşlı oyunçunun transfer haqlarını ələ keçirə bilər.

2018-19 mövsümündə "İnter" forması ilə İtaliya A Seriyasında 34 matçda meydana çıxan Perişiç 8 dəfə fərqlənməklə yanaşı, 5 qol ötürməsinin müəllifi olub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR