"Bavariya" bu müdafiəçi ilə müqavilə bağlayacaq

"Bavariya”nın heyətinə qatacağı yeni müdafiəçinin adı bəlli olub.

Sport7.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərə "Redinq”inin futbolçusu Omar Riçardsı heyətinə qatacaq. 22 yaşlı müdafiəçi Münhen klubu ilə ilkin müqavilə imzalayacaq. Yayda klubunu dəyişəcək Riçardsla 3 illik anlaşma bağlanacaq.

Bu keçiddə məqsəd sol cinahda Alfonso Devisə rəqabət yaratmaqdır. David Alabanın mümkün gedişindən sonra bu addım zəruri hesab olunur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR