"Bavariya" da mübarizəyə qoşuldu

"Real"ın futbolçusu İsko ilə maraqlanan klubların sayı artır. 

Sport7.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. 

Xəbərə görə, ispan futbolçu "Bavariya" klubunun maraq dairəsinə düşüb. 

Alman klubu Frank Riberi, Aryen Roben və Xames Rodriqesə əvəzləyici axtarır. 26 yaşlı hücumçu isə əsas namizəd kimi göstərilir. 

Qeyd edək ki, İsko "Bavariya" ilə yanaşı "Yuventus" və "Mançester Siti"nin də maraq dairəsindədir. 
 
Sport7.az

Xəbər lenti