"Bavariya" Flikin müqaviləsini uzada bilər

"Bavariya" baş məşqçi Hans-Diter Fliklə danışıqlara başlamaq niyyətindədi.

"Bild"in xəbərinə görə, rəhbərlik komandanın oyunundan və məşq prosesindən razıdı. Mart-aprel aylarında Flikə yeni müqavilə təklif edilə bilər.

Digər klubların 54 yaşlı mütəxəssislə yaxından maraqlandığı və onun artıq bir neçə iş təklifi aldığı bildirilir.

Qeyd edək ki, Flikin "Bavariya" ilə olan sözləşməsi mövsümün sonuna kimi nəzərdə tutulub.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR