"Bavariya" Fransa yığmasının futbolçusunu transfer etdi

"Bavariya" gənc futbolçu transfer edib.
 
Sport7.az xəbər verir ki, Münhen klubu Fransanın U-20 millisinin üzvü, Münhenqladbax "Borussiya"sında forma geyən Maykl Kuyisansı heyətinə qatıb. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Transfer qiyməti haqda açıqlama verilməsə də futbolçu tibbi müayinədən uğurla keçəndən sonra klubla 5 illik müqavilə imzalayacaq və bu həftədən etibarən məşqlərə başlayacaq. 
 
"Bavariya"nın idman direktoru Hasan Salhamidziç gənc futbolçu haqda "O Qladbaxdakı ilk peşəkar mövsümündə klubda ilin futbolçusu seçilib. Onun böyük potensialı və bacarıqları var. Maykl "Bavariya"da daha da inkişaf edətmək imkanı qazanıb. Düşünürük ki, o bizi çox sevindirəcək" sözlərini söyləyib. 

Cümə günü 20 yaşını tamamlamış gənc futbolçu da fikirlərini bildirib. O açıqlamasında "Bunun mənim üçün böyük addım olduğunu bilirəm. Ancaq özümü hazır sayıram və "Bavariya"nın formasını geyəcəyim üçün çox xoşbəxtəm. Mənim üçün xoşdu ki, hazırda "Bavariya"da bir neçə fransız futbolçu da çıxış edir. Bu əlbəttə, komandaya inteqrasiya olmağıma kömək edəcək".
 
2017-ci ilin iyul ayında "Borussiya"ya qoşulan Kuyisans 35 Bundesliqa matçına çıxıb. Mərkəz yarımmüdafiəçisi kimi çıxış edən gənc oyunçu futbolun sirlərini Fransa klubu "Nansi"nin akademiyasında öyrənməyə başlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR