"Bavariya" fransızlarla, "Çelsi" portuqaliyalılarla qarşılşacaq

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində daha 2 oyun keçiriləcək.

Sport7.az xəbər verir ki, PSJ Almaniyada "Bavariya"nın qonağı olacaq. Gecənin digər oyunu isə İspaniyada olacaq. 1/8 finalda "Yuventus"u mübarizədən kənarlaşdıran "Portu" "Çelsi"ni qəbul edəcək. Qarşılaşma "Sevilya"nın ev oyunlarını keçirdiyi "Ramon Sançez Pizxuan"da baş tutacaq. 

Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də gerçəkləşəcək.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa)
23:00. "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

İlk oyun günündə keçirilən matçlarda "Liverpul" İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzub, "Mançester Siti" isə evdə Bundesliqa təmsilçisi "Borussiya"nı məğlub edib - 2:1.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR