"Bavariya" "Ginnesin Rekordlar Kitabı"na düşdü

Almaniyanın son çempionu "Bavariya" Ginnessin rekordlar kitabına düşüb. 

Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Çempionlar Liqasında öz meydanında ard-arda qazandığı 16 qələbə ilə Münhen klubu rekord qırıb. 

17 sentyabr 2014-cü ildən 15 fevral 2017-ci ilədək turnirin bütün ev oyunlarında qələbə qazanan klubunun mükafatını kapitan Filip Lam ilə Tomas Müller alıb. 

Qeyd edək ki, 2015-ci ildə iştirak etdiyi bir oyunda meydanda olduğu 9 dəqiqədə 5 qol vuran Robert Levandovski və ard-arda iştirak etdiyi 56 matçda uduzmayan Jerom Boatenq də Ginnesin Rekordlar Kitabına düşmüş üzvlərindən olub. 

Sport7.az

Xəbər lenti