"Bavariya" karyerasını bitirmiş qapıçını heyətə saldı

Ötən mövsümün sonunda karyerasını bitirdiyini açıqlayan və "Bavariya"da əlaqələndirici kimi fəaliyyət göstərən qapıçı Tom Starke yenidən yaşıl meydanlara qayıda bilər. 

Sport7.az xəbər verir ki, buna səbəb komandanın əsas qapıçısı Manuel Noyerin ayağından zədə alması və 3 ay oynamayacağıdı. Qapıçı mövqeyində sıxıntı yaşayan münhünlilər bu səbəbdən veteran qolkiperin adının da heyətə salınması üçün UEFA-ya müraciət edib. 

Təlimatlarda yer alan "Bir klubun iki qapıçısı son 30 gündə zədələnərsə, heyətə yeni qapıçı dəvət edilə bilər" maddəsinə əsasən 36 yaşlı Starke "Bavariya"nın çempionlar Liqasındakı heyətində yer alma hüququnu əldə edib. O "Bavariya"nın PSJ iə matçındakı heyətində yer alacaq.

Sport7.az

Xəbər lenti