"Bavariya" Komanı satmaq istəmir

"Bavariya" vinqer Kinqsli Komanla yollarını ayırmaq niyyətində deyil.

TZ-nin xəbərinə görə, "Bavariya" rəhbərliyi Komanın satışına qarşıdı. Onun Münhen klubu ilə olan müqaviləsi 2023-cü ilin yayında başa çatır.

"Mançester Siti"nin Komanın xidmətində maraqlı olduğu bildirilir. "Şəhərlilər" komandadan ayrılması gündəmdə olan Leroy Sanenin mümkün boşluğunu fransız futbolçu ilə doldurmaq istəyir.

Cari mövsümdə Bundesliqada 10 matçda meydana çıxan Komanın aktivində 1 qol var.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR