"Bavariya" Kovaçla yollarını ayırdı

Baş məşqçi Niko Kovaç "Bavariya"dan ayrılıb.

Qarşılıqlı razılaşma əsasında Kovaçın müqaviləsinə xitam verilib. Bu barədə "Bavariya"nın saytı məlumat yayıb.

Münhen klubu Bundesliqanın 10-cu turu çərçivəsində oynanılan matçda "Ayntraxt"a 1:5 hesabı ilə məğlub olmuşdu. 10 oyundan sonra aktivində 18 xal olan "Bavariya" hazırda çempionatda 4-cü pillədə qərarlaşıb.

Kovaç 2018-ci ilin yayından etibarən klubda çalışırdı. "Bavariya" xorvatiyalı mütəxəssisin rəhbərliyi altında Bundesliqa, Almaniya Kuboku və Superkubokunun qalibi olmuşdu.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR