"Bavariya" Sanenin bərpa prosesini yaxından izləyir

"Mançester Siti"nin vinqeri Leroy Sane hələ də "Bavariya"nın maraq dairəsindədi.

"Bild"in məlumatına görə, "Bavariya" Sanenin bərpa prosesini yaxından izləyir. Almaniyalı futbolçu Avstriyada Kristian Finkin müşayiəti altında müalicəsini davam etdirirdi. Münhen klubu sözügedən həkimlə tez-tez əməkdaşlıq edir.

Ötən gün Sane İnsbruku tərk edib və Mançesterə qayıdıb. Bərpa prosesi plan üzrə davam edir.

Yayda Sane "Bavariya"ya keçmək üzrə idi. 23 yaşlı oyunçunun transferi zədə səbəbindən baş tutmamışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR