"Bavariya" Sanenin transferindən imtina edib

"Mançester Siti"nin vinqeri Leroy Sanenin bu yay "Bavariya"ya keçidi baş tutmayacaq. Münhen klubu artıq 23 yaşlı oyunçunun transferindən imtina edib.
 
Bu barədə "Sky Sports" məlumat yayıb. Transferin reallaşması üçün Sane komandadan ayrılmaq istədiyini rəhbərliyin diqqətinə çatdırmalıdı. Alman futbolçu isə mövsümlərarası fasilədə "Bavariya"ya keçmək niyyətində deyil. Bununla yanaşı, "şəhərlilər" Sane qarşılığında 100 milyon funtdan artıq məbləğ tələb edir.

"Bavariya"nın bu səbəbdən diqqətini Kallum Hadson-Odoi ("Çelsi") və Yannik Ferreyra Karraskoya ("Dalyan İfan") yönəltdiyi bildirilir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR