"Bavariya" və "Real"sız 1/4 final - Son 11 ildə ilk dəfə

Doğma meydanda "Liverpul"a 1:3 hesabı ilə məğlub olan "Bavariya" 1/8 finalda Çempionlar Liqası ilə vidalaşıb. Daha öncə isə "Ayaks" sözügedən mərhələdə "Real"ı mübarizədən kənarlaşdırmışdı.

Beləliklə, son 11 il ərzində ilk dəfə Çempionlar Liqasının 1/4 finalında nə "Bavariya", nə də "Real" mübarizə aparacaq.

Sonuncu dəfə 2007-08 mövsümündə "Real" 1/8 finalda "Roma" ilə bacarmamışdı. "Bavariya" isə o zaman UEFA Kubokunda mübarizə aparırdı.

Sport7.az

Xəbər lenti