"Bavariya" Vengerin xidmətindən imtina edib

"Bavariya" baş məşqçi postunu "Arsenal"ın sabiq çalışdırıcısı Arsen Vengerə həvalə etmək niyyətində deyil.

Münhen klubunun "Sport Bild"ə açıqlamasında qeyd olunub:

"Arsen Venger Karl-Haynts Rummeniqqe ilə əlaqə saxlayıb və "Bavariya"da çalışmaqda maraqlı olduğunu bildirib. "Bavariya" Arsen Vengerin məşqçilik keyfiyyətlərini yüksək qiymətləndirir, amma fransız mütəxəssisin adı namizədlərimizin sırasında yoxdu".

Münhen klubunun mövsüm sonuna kimi köməkçi-məşqçi Hans-Diter Fliklə yola davam edəcəyi bildirilir. 2020-ci ilin yayı üçün isə "Bavariya"nın iki əsas namizədi var: Erik ten Haq və Tomas Tuhel.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR