"Bavariya" yeni transferi - Benjamen Pavarı ictimaiyyətə təqdim edib.
Pavarla 5 illik müqavilə imzalanıb. Fransız futbolçunun "Ştutqart"ı "Bavariya"ya dəyişəcəyi yanvar ayında açıqlanmışdı. Pavar komandaya iyulun 1-dən etibarən qoşulub.
Ötən mövsüm 23 yaşlı müdafiəçi "Ştutqart" forması ilə 31 matçda meydana çıxmışdı.

Sport7.az