"Bavariya"da itki - PSJ ilə oyunöncəsi

"Bavariya" PSJ ilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu öncəsi daha bir futbolçusunu itirib.

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Münhen təmsilçisinin yarımmüdafiəçisi Serj Qnabri koronavirusa yoluxduğu üçün qarşılaşmanı buraxacaq. Karantinə alınan 26 yaşlı oyunçunun durumunun qənaətbəxş olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.

Bundesliqa təmsilçisinin bombardiri Robert Levandovski isə zədə səbəbindən parislilərə qarşı oynaya bilməyəcək.
 
"Bavariya" - PSJ görüşü bu gün saat 23.00-da keçiriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR